
Almaniyada bir qrup müsəlman özünü şəriət polisi elan edərək ictimai asayişi qorumaq missiyası götürüb.
Ahlibeyt.az-ın Axar.az-a istinadən verdiyi xəbərə görə, bir qrup uzun saqqallı, narıncı gödəkcəli müsəlman Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Düsseldorf inzibati dairəsində öz patrul xidmətini yaradaraq ətraf-mühitə nəzarət etməyə başlayıb.
Sözügedən şəxslər çox keçmədən məhkəmə önünə çıxarılıb. Düsseldorf məhkəməsi yerli sakinlərin etirazlarına baxmayaraq “şəriət polisləri”ni sərbəst buraxıb.
Məsələyə şərh verən Almaniya kansleri Angela Merkel heç kimin polisin işinə müdaxilə etmək hüququnun olmadığını açıqlayıb.
Hazırda sözügedən şəxslər çoxsaylı şikayətlərə baxmayaraq, məhkəmə qərarı ilə sərbəst buraxılıb.