27 Noyabr, 2011
İraq xristianları Məhərrəmliklə əlaqədar olaraq Milad şənlikləri təşkil etməyəcəklər

İraqın Xristianlarla İş üzrə Dövlət Komitəsinin sədri Red Emanuel bildirib ki, Milad bayramı Məhərrəmliyə təsadüf etdiyinə görə qərara alınmışdır ki, Milad şənlikləri təşkil olunmasın. O deyib ki, İraq xristianlarının müsəlmanlara böyük hörmətləri olduğundan onların adət və ənənələrinə də hörmətlə yanaşırlar.

Xristianların Məhərrəmliklə əlaqədar Milad şənliklərini keçirməyəcəkləri xəbərinə münasibət bildirən dövlət rəsmisi Seyyid Əmmar Musəvi İraqda xristianlarla müsəlmanlar arasında dərin dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirərək şiələrin adından İraq xristianlarına təşəkkürünü bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-501.html