1 May, 2016
Sinqapurda Qurban bayramında xüsusi məscid açılacaq - Foto

Məscid sentyabr ayında qapısını ibadət edənlərin üzünə açacaq -Sinqapurun əsas məscidinin tikinti işləri artıq 90 % tamamlanıb.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə, "Maarof" məscidi öz qapılarını sentyabr ayında müsəlmanların üzünə açacaq.

2,500 kvadratmetr sahəsi olan məscid, 4,500 nəfər üçün nəzərdə tutulub. Məscidin fərqləndirici xüsusiyyəti odur ki, övladları ilə gələn valideynlər üçün hər cür şərait yaradılacaq.

Məbəd ərazisində oyun sahəsi və südəmər körpələrin əmizdirilməsi üçün xüsusi yerlər də olacaq. Bundan əlavə məscid pandus ilə də təchiz ediləcək və yaşlı və əlil insanlar üçün istirahət zonaları da düzəldiləcək.

Qeyd edək ki, Sinqapurun əhalisi 2012-ci ildə aparılan hesabalmalara görə 5 312 400 nəfərdirdir. Müsəlmanlar əhalinin 17, 18 faizini təşkil edir.

Похожее изображение

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4981.html