
İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon FƏTH və HƏMAS rəhbərlərinin "Milli birlik höküməti" yaratmaq barədə gəldikləri razılığa münasibət bildirərək deyib ki, bu hökümətin yaranması Fələstinin terrorist bir hökümət olması anlamına gəlir.
Belə bir hökümətin yaranması həmçinin sülhün əldə olunmasına böyük bir zərbə endirmiş olacaqdır deyən Dani Ayalon bildirib ki, XİN-i artıq belə bir hökümətin yarandığı təqdirdə Qəzzaya verilən qaz və suyun dayandırmasını nəzərdən keçirməkdədir.