
Suriyanın Hələb şəhərində məscidin terrorçular tərəfindən artileriya atəşinə tutulması nəticəsində 25 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,hadisə Bab əl-Fərc rayonunda baş verib. Bildirilir ki, terrorçular tərəfindən atılan mərmi camaat məsciddən çıxarkən partlayıb.
Hələ ki, heç bir qrup terrorda məsuliyyəti özü üzərinə götürməyib