27 Noyabr, 2011
İmam Hüseyn(ə) və Əbülfəzl Abbasın(ə) bayraqları Azərbaycana gətirilir

Bu gün İslam Ümmətinin İmamı, Azadlıq rəmzi, Şəhidlər Ağası İmam Hüseyn(ə) və Vilayət tabeçisi, vəfadarlıq nümunəsi Əbülfəzl Abbas(ə) həzrətlərinin müqəddəs məqbərələri üzərində sancılmış İslam bayraqları hərəmin xadimləri tərəfindən yenisi ilə əvəz edilib.

Hər neçə ildən bir yenisi ilə əvəz edilən bayraqlar İslam dünyasının müxtəlif ölkələrinin müsəlman xalqına ihtaf edilir. Bu il bu şərəf Əhli-Beyt(ə) məmləkəti olan Azərbaycan xalqına nəsib oldu.

Qeyd edək ki, bayraqlar ilk öncə müqəddəs Qum şəhərinə gətiriləcək, İslam alimləri və bir sıra inancllar tərəfindən təbərrük edildikdən sonra Azərbaycan xalqına hədiyyə olaraq göndəriləcək.

Xatırladaq ki, iki il öncə bu müqəddəs bayraqlar Livanın Hizbullah təşkilatına ithaf edilmişdi.

abna.ir

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-497.html