
8 yaşı var, Qurani-Kərimi əzbər bilir. Böyük Britaniyada müsəlman ailələrin birində dünyaya gələn uşaq, sadəcə güclü hafizəsi ilə yox, hafizliyi ilə də hər kəsi şoka salıb.
Sanki Tanrının seçilmiş bəndələrindən olan Mariya Aslamın həmyaşıdları yazıb-oxumağı yeni öyrənir, o isə artıq Qurani-Kərimin bütün ayələrini yaddaşına həkk edib.
Bu uşağın fitri-istedada malik olduğu hələ bir neçə il öncə məlum idi. 5 yaşında Yasin surəsini əzbər oxumaqla dünyanın diqqət mərkəzinə düşən Mariya geridə qoyduğumuz 3 il ərzində İslam dininin müqəddəs kitabındakıları da yaddaşına köçürüb...
Indi Maariya Aslam sosial şəbəkələrdə bütün dünya müsəlmanlarının dəstəyini qazanır, onlar tərəfindən izlənilir. Bu yaşda məşhurlaşmaq isə 8 yaşlı hafizin başını gicəlləndirməyib. Əksinə Quranı oxumaqda davam edən qızcığaz, keçirdiyi xeyriyyə aksiyaları ilə suriyalı qaçqın uşaqlar üçün on minlərlə dollar yardım da toplayıb.
Mənbə:Atv.az