27 Aprel, 2016
Türkiyədə məscid qarşısında terror - Ölən və yaralananlar var - Video

Türkiyədə məscid qarşısında partlayış baş verdi - Hadisə zamanı ölən və yaralananalar var.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, Bursada qadın-kamikadzenin məscid yaxınlığında özünü partlatması nəticəsində yaralıların sayı 13-ə çatıb.

Türkiyənin Bursa şəhərinin mərkəzində yerləşən məscid ərazisində partlayış baş verib.

Son məlumatlara görə, partlıayış nəticəsində bir nəfər həlak olub daha 13 nəfər isə yaralanıb.

Partlayışın qadın kamikadze tərəfindən törədildiyi bəlli olub. Canlı bomba insanların sıx olduğu yerdə özünü partladıb. Partlayış zamanı ölən şəxs kamikadze qadındır.

Hazırda ərazi polis və təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4954.html