26 Noyabr, 2011
Ərəbistanın müftisi: Divarlarda Ali Səuda qarşı şüarlar yazmaq İranın işidir

Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdül-Əziz bin Abdullah Ali əş-Şeyx "Okaz" qəzetinə verdiyi müsahibə zamanı deyib ki, Səudiyyənin sabitliyini pozmaq qəsdilə Qətifdə baş verən hadisələr xaricdən idarə olunurlar. Onlar səhv yoldadırlar və bizdən deyillər. Və Qətif küçələrinin divarlarında Ali Səud rejiminə qarşı yazılmış şüarlar İranın işidir.

Xatırladaq ki, Səudiyyəninj şiələr yaşayan əş-Şərqiyyə əyalətində şiələrlə Ali Səud rejimi arasında yaşanan qarşıdurma artıq bir neçə aydır davam edir. Ali Səud rejiminin zülmünə qarşı etiraz edənlər Qətif şəhərinin divarlarına rejimə etiraz əlaməti olaraq "Ali Səuda ölüm", "Ali Səudun əli şəhidlərin qanına bulaşmışdır" və b. şüarlar yazmışlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-494.html