26 Aprel, 2016
Müstəhəb oruc tutan adam orucunu poza bilərmi?...

Müstəhəb oruc tutan adam orucunu poza bilərmi? Bu halda öhdəsinə qəza və ya kəffarə gəlir ya yox?

Müstəhəb oruc insanın boynunda heç bir öhdəlik olmadan,savab qazanmaq məqsədi ilə tutulur. Ona görə də də bu orucu pozmağın cəzası və cəriməsi yoxdur. Əgər müstəhəb oruc tutan adam gün ərzində özünü halsız hiss etsə, acısa, səfərə çıxsa, orucunu poza bilər. Hətta əgər bir müsəlman dostu onu yeməyə dəvət etsə, yaxşı olar ki, onun könlünü qırmamaq üçün dəvətini qəbul edib orucunu pozsun və dostunun süfrəsindən yemək yesin.

Qeyd edək ki,nəzir orucu,yəni Ramazan ayından başqa digər günlərdə tnəzir niyyətilə tutulan oruclar bura aid deyil.

Mənbə:İslam.az

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4930.html