26 Aprel, 2016
Zaqatalada vəhhabilərə qarşı əməliyyat keçirilib, saxlanılanlar var - Video

Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Hüquq-mühafizə orqanlarından Apa-ya verilən məlumatda bildirilir ki,Zaqatala rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən hücrədə Vəhhabi təriqət üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həmin ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı polisə müqavimət göstərən 5 nəfər saxlanılıb.

Hücrədən həmçinin çoxlu sayda dini ədəbiyyat, audio və video materiallar götürülüb.

 

">

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4925.html