
Cəbhənin Tərtər istiqamətində hazırda vəziyyət sabitləşib.
Ahlibeyt.az-ın məlumatına görə,bunu Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
Qurum rəsmisi deyib ki, ötən gecə ermənilərin Tərtər şəhərini ağır artilleriyalardan atəşə tutması nəticəsində rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib: "Onlardan 19 evə qismən ziyan dəysə də, 1 ev ciddi zədələnib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb".
V. Dərgahlı bildirib ki, Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə layiqli cavab zərbələri endirib.