26 Noyabr, 2011
Əvvəl-axır bir "Musa" çıxır və "Firon" qüdrətini əldən verir

Tehranın İmam Cüməsi Ayətullah Əhməd Cənnəti bu gün Cümə xütbəsində Ali Səud və Ali Xəlifəni bir daha xalqlarının səslərinə qulaq asmağa çağırıb.

İlk öncə Ali Səudu qəflətdən ayılmağa səsləyən Ayətullah Cənnəti deyib ki, Misir, Tunis və Liviya fironlarının aqibətini yaşamamaq üçün xalqın istəklərinə qulaq asın. Vəziyyəti o həddə çatdırmayın ki, onlar kimi biabır olasınız. Bilin ki, fironların qüdrətləri həmişəlik olmur. Əvvəl-axır bir "Musa" çıxır və "Firon" qüdrətini əldən verir.

Ali Xəlifə Ali Səudun dəstəyilə öz xalqının səsini boğmaqla Bəhreyndə səhvə yol vermişdir deyən Ayətullah Cənnəti bildirib ki, camaatla bu cür davranmaq olmaz. Süqut etmiş diktatorların aqibətini xatırlayın və xoşluqla kənara çəkilin.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-492.html