24 Aprel, 2016
İraqın Sərsar məntəqəsi uğrunda döyüşlər aparılır

İraq polisi ölkənin qərbində yerləşən Sərsar məntəqəsini İŞİD-in işğalından azad edilməsi əməliyyatına başladığını bildirib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, İraq polisinin yaydığı bəyanatda bildirilir ki, təhlükəsizlik qüvvələri Bici şəhərinin şimalında İŞİD terrorçularının mövqelərinə hücum ediblər. Əməliyyat zamanı 5 terrorçu məhv olduğu bildirilir.

Həmçinin, İraq ordusunun Neynəva əyalətinin cənubunda Qəyarə neft məntəqəsində İŞİD-in mövqelərinə havadan zərbələr endirməsi nəticəsində terrorçuların 20 ədəd neft tankeri məhv edilib, 8 terrorçu öldürülüb.

İraqın Diyalə əyalətində Əbarə məntəqə şurasının sədri Ədnan Qəzban Molla Cavad deyib: Əbarə köçəriləri İŞİD ilə mübarizə aparmaq üçün ümumi səfərbərlik elan ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4906.html