
Bolnisi rayonu Faxralı kəndində Hz. İmam Əlinin (ə) doğum günü ilə bağlı bayram tədbiri keçirilib.
Gürcüstan Müsəlmanları İdarəsindən Ahlibeyt.az-a verilən məlumata görə,tədbirdə din xadimləri, Faxralı kənd sakinləri və rayonun digər kəndlərnidən dəvət olunan müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı Faxralı kəndinin axundu Məşədi Sabin Cəfərov məclisi Qurani-Kərimin tilavəti ilə başlaması üçün ilk öncə Kərbəlayi Rza Qasımovu dəvət etdi.
Tədbirdə Bolnisi rayonunun baş axundu Hacı İfrət Əhmədov, bölgə imamı Hacı Adil Nəbiyev, kəndin imamı Hacı Sahib və digər şəxslər iştirakçıları təbrik edib Allahın vəlisi, Peyğəmbərin (ə) vəsisi Hz. Əli (ə) haqda fikirlərini və ürək sözlərini bölüşdülər.
Bayram süfrəsi ətrafında keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını salamlayıb təbrik etdikdən sonra Hz. İmam Əlinin (ə) məqamından və İslamın inkişafına verdiyi töhfələrdən, himayə etməsindən,O Həzrətin müsəlmanlara etdiyi sifariş və tövsüyələrindən söz açıb.
Şeyx Ramin İgidov qeyd edib ki,bu günlər həm də Gürcüstanda yaşayan müsəlmanlar miladi təqvimi ilə də Hz. İslam Peyğəmbərinin (s) mövlud gününü qeyd edərək xatırlayır, xatirəsini yaşadırlar. Ona olan sevgilərini elan edib, vəfalılıqlarını nümayiş etdirirlər.
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir dua oxunmaqla sona çatdı.
Sonda məclis iştirakçılarına jurnallar hədiyyə olundu.
Qeyd edək ki, bu günlər Dmanisi rayonunda da Hz. Əlinin (ə) xatirəsi mərasimlə yad edilib və ənənə üzrə ölkənin bir çox bölgələrində keçirilməsi nəzərdə tutulub.


