
İslam quruluşu ilə düşmən olan cəbhə iranlı gənclərin dini və mübarizətələb şəxsiyyətini dəyişməyə, ümid, sevinc və maraq kimi hissləri onların əlindən almağa çalışır.
Ahlibeyt.az-ın məlumatına görə,bunu İranın Ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei ölkənin "Məktəblilərin İslami Dərnəkləri Birliyi"nin üzvləri ilə görüşü zamanı bildirib.
Məktəblilərlə görüşən Ali dini liderbildirib ki,ölkənin İslam quruluşu ilə düşmən olan cəbhə İranlı gənclərin dini və mübariz şəxsiyyətini dəyişməyə, ümid, sevinc və maraq kimi hissləri onların əlindən almağa çalışır- Bu hücumun qarşısını almağın yeganə yolu isə "yumşaq müharibə əsgərləri" olaraq dindar, ayıq,şücaətli və fədakar gənclərin yetişdirilməsidir.
Ayətullah Xamenei ölkəyə və dünyada müsəlmanlara qarşı olan təhlükə və planlardan söz açaraq qeyd edib ki, həqiqət mümkindir ki, çətinliklərlə üzləşsin amma sonda qələbə qazanacaq.
Ayətullah Xamenei məktəblilərə Rəcəb ayında öz mənəviyyatlarını gücləndirmək üçün istifadə etməyi tövsiyyə edib:
“Rəcəb, Şəban və Ramazan ayları mənəviyyat baharıdır.Siz də öz ömrünüzün baharını yaşayırsız. Bu mənəvi bahardan istifadə edinvə Allahı zikr edin, dualardan istifadə edin, Quran tilavət edin, namazı əvvəl vaxtda qılın, günhalardan çəkinin və gözəl əxlaq sahibi olun”.
Ayətullah Xamenei vurğulayıb ki, İslam Respublikası gənclərin cəmiyyətdə aktiv və təsiredici bir qüvvəyə çevrilməsini istəyir.