
Almaniyada yaşayan müsəlmanlardan dini ayinlərin yerinə yetirilməsi üçün xüsusi verginin alınması təklif edilib.
Ahlibeyt.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, müvafiq təşəbbüslə Bundestaqın, Almaniyanın iqtidar koalisiyasına daxil olan Xristian-sosial ittifaqından olan deputatı Aleksander Radvan “Süddeutsche Zeitung” dərc edilmiş müsahibəsində çıxış edib.
“Məscidlərin xaricdən sərmayələşdirilməsinin qarşısı alınsa, o zaman təbii ki, yerində maliyyələşdirməni təmin etrmək lazımdır”, - Radvan bildirib.
Onun sözlərinə görə, bunu “katolik və protestantlar üçün artıq mövcud olan kilsə vergisinə” analoji etmək olar.
Hazırda Almaniyada “yeni dalğa” qaçqınlar nəzərə alınmazsa; 3,8-4,3 milyon müsəlman yaşayır, bu isə əhalinin ümumi sayının 5%-ə qədərini təşkil edir