24 Noyabr, 2011
Səudiyyədə şəhid olan şiələrin sayı 5-ə çatdı

Səudiyyə Ərəbistanın şərqində yaşayan şiələrin etiraz aksiyaları geniş vüsət almaqda, Ali Səud rejiminin isə zorakılığı artmaqdadır.

İki nəfər gənci və bir azyaşlı qızı qətlə yetirən Ali Səudun muzdurlarının dünən daha iki nəfəri şəhid etdikləri bildirilir.

Xatırladaq ki, Səudiyyədəki şiələrin Ali Səud rejiminə etiraz aksiyaları keçən aylardan başlamışdı. Zil-hiccə ayının daxil olması ilə aksiyaları müvəqqəti dayandıran şiələr hacıların vətənlərinə dönməsi ilə aksiyalara yenidən start veriblər. Onu da qeyd edək ki, Ali Səud rejimi bu il etiraz bölgələrində yaşayan şiələri Həcc ziyarətinə buraxmayıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-487.html