19 Aprel, 2016
"İnam" verilişinin efir vaxtı dəyişdirildi

Azərbaycan teleməkanında canlı yayımlanan yeganə dini təmayüllü veriliş olan “İnam”ın efir vaxtı dəyişdirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə İslam.az-a verilişin ideya müəllifi və daimi aparıcısı Seyid Camal Əzimbəyli məlumat verib.

O bildirib ki, artıq  "İnam" verilişi bu həftədən etibarən hər cümə axşamı saat 17.25-dən Space TV-də canlı yayımlanmağa başlayacaq.

Qeyd edək ki, veriliş efir vaxtı da artırılıb.

Xatırladaq ki, “İnam”ın debütü ötən il sentyabrın 25-də baş tutub. Geridə qalan zaman kəsiyində ölkənin bir çox tanınmış ilahiyyatçıları Camal Əzimbəylinin dəvəti ilə verilişin qonağı olub, müxtəlif aktual mövzuları müzakirə ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4864.html