
Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının müdiriyyəti yeni zərihin açılış mərasiminin sabah keçiriləcəyi barədə məlumat verib.
Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının müdiriyyəti o həzrətin (ə) yeni zərihinin açılış mərasiminin sabah, həftənin 3-cü gün, Aprel ayının 20-də keçiriləcəyi barədə məlumat verib.
Yeni zərihin düzəldilməsi və bütün icra mərhələləri iraqlı sənətkarlar tərəfindən Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının daxilində yerinə yetirildi.
Yeni zərihin açılış mərasimi Aprel ayının 20-də, yerli vaxtla saat 20:00-da keçiriləcək.
Tədbirdə daha çox qonaq iştirak edə bilsin deyə zərihin açılış mərasimi Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının "Babul-Qiblə" (Qiblə qapısı) adlanan eyvanında təşkil ediləcəkdir.
Açılış mərasimində müxtəlif dini şəxsiyyətlər çıxış edəcək, ustalar və sənətkarlar təltif ediləcək və zərihin harızlanması mərhələlərini əks etdirən 15 dəqiqəlik videoçarx göstəriləcəkdir.