19 Aprel, 2016
Obama: "Mosul şəhəri bu ilin sonunadək azad ediləcək"

ABŞ prezidenti Barak Obama güman edir ki, ilin sonuna kimi İraqın Mosul şəhərinin azad olması üçün şərait yaranacaq.

Ahlibeyt.az-ın "Report"a istinadla məlumatına görə, o, bunu "CBS" telekampaniyasına müsahibəsində bildirib.

Obama qeyd edib ki, ABŞ hakimiyyəti ölkənin şimalındakı bu şəhərin 2016-cı ilin sonlarında azad ediləcəyini düşünür.

"Mən hesab edirəm ki, ilin sonuna kimi Mosul şəhərinin işğaldan azad olması üçün şərait yaranacaq" - deyə Ağ Ev rəhbəri bildirb.

Prezident həmçinin prezident qeyd edib ki, o, İraq əsgərlərinin mübarizə əzmini görür və ABŞ onlara dəstək verir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4860.html