
Stokholmda yeni İslam mədəniyyət mərkəzinin tikintisinə başlanılacaq
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, aprelin 25-i, İsveçin paytaxtı Stokholmda yeni İslam mədəniyyət mərkəzinin tikintisinə başlanılacaq.
Mərkəzdə məscidlə yanaşı, konfrans zalı, idman zalı, uşaq bağçası, halal dükanlar və təhsil mərkəzi də olacaq. Mərkəzi müsəlmanların üzünə 2018-ci ildə açılacaq. Mərkəzin tikilməsi üçün, İsveç müsəlmanları 500 min dollar yığıb.
Hazırda İsveçdə 425 min müsəlman yaşayır, və bu da ölkə əhalisinin 5 faizi deməkdir