
əl-Əzhər Universitetin rektoru Şeyx Əhməd ət-Teyyib Misir xalqına müraciət ünvanlayıb.
Misir ordusu və polisindən Təhrir meydanındakı zorakılığı və misirlilərin qanlarının axıdılmasını dayandırmağı tələb edən əl-Əzhər şeyxi misirlilərin qanının çox hörmətli oldğunu bildirib. əl-Əzhər şeyxi həmçinin meydan və küçələrdə öldürülənlərin Allah yanında şəhid hesab olunduqlarını da bəyan edib.
Təhrir meydanında və digər şəhərlərdəki inqilabçılara da səslənən Əhməd ət-Teyyib bütün çətinliklərə səbr edərək sona kimi aksiyaların dinc aksiyalar məcrasından çıxmamasına çalışmalarını istəyib.