
“İşğal olunmuş Qüds Allah və yer üzündəki bütün insanlar qarşısında xristian və müsəlmanların birlik rəmzidir.”
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri “İslam əməkdaşlığı təşkilatı” tərəfindən Praqada keçirilən mədəniyyət və sivilizasiya konfransının açılışındaki nitqində Arxiyepiskop Atalla Hanna bildirib.
O, Qüdsün ruhi və dini əhəmiyyətindən danışaraq qeyd edib ki, Qüds şəhərindəki müqəddəslərin qəbirlərinin çoxluğu müsəlmanlar və xristianlar arasındaki qardaşlığın sübutudur.
“Fələstin xristianları ədalət uğrunda sionizmlə mübarizə aparırlar, çünki onlar da (red. – fələstinli xristianlar) Fələstin xalqının ayrılmaz bir parçasıdır.”