
Amerikanın Massaçusets ştatının Valtham şəhər kitabxanasında “Qədim zamanlardan müasir və elektron -rəqəmsal dövrədək, Qurani Kərimə bir baxış” adlı Quran sərgisi keçirilir.
Allibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,sərgi aprelin 4-ə açılıb və may ayının 1-dək davam edəcək. Sərginin təşkilatçısı Massaçusets ştatının Şarun şəhər İslami Cəmiyyətidir.
Sərgi təşkilatçıları bildirib ki, Quran müsəlmanların müqəddəs kitabıdır və islami təlimlərin mənbəyidir, dünyanın ən çox oxunan kitabıdır. Lakin son illər Qurana qarşı dünyanın bir çox yerlərində hücumlar və hörmətsizliklər olunur.
Quranın təlimlərindən xəbərsiz olan şəxslər onahücumlar edir. Sərginin keçirilməsindən məqsəd Quranla tanışlıq məqsədi daşıyır.
Sərgi hər gün Valtham şəhər kitabxanasının iş saatı müddətində açıq olur. Sərgiyə baxış keçirən insanlara Quran və təlimləri ilə bağlı bilgilər verilir.