
"Rusiya insanların nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır."
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin canlı yayım zamanı Dağlıq Qarabağla bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib: “Biz siyasi kompromis axataracağıq. Ancaq qərar Azərbaycan və Ermənistan xalqınındır. Mən düşünürdüm ki, biz buna illər əvvəl yaxın olmuşuq, amma təəssüf ki, mən səhv fikirdə olmuşam”.