
Misirdə cümə günündən başlayan etirazların gündən-günə gücləndiyini və inqilabçıların öz istəklərində israrlı olduğunu görən Misirin Ali Hərbi Şurası istefaya gedəcəyini bildirib.
Feldmarşal Hüseyn Tantavinin rəhbərlik etdiyi Ali Hərbi Şura bildirib ki, yaxın günlərdə hakimiyyəti mülki şəxslərdən təşkil olunacaq "Milli Qurtuluş Höküməti"nə təslim edəcəklər.
Həmçinin generalların prezident seçkilərinin 2012-ci ilin sonları və ya 2013-cü ilin əvvəllərində keçirmək istədikləri prezident seçkiləri gələn ilin iyul ayına kimibaş keçiriləcəkdir.
Qeyd edək ki, Ali Hərbi Şuranın qəbul etdikləri qərarlar cümə günündən küçələrə çıxmış Misir xalqının tələbi olmuşdur.
reuters.com