
Şəhidlər dəfn edildi. Mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev II Fəxri Xiyabanda torpağa tapşırılıblar.
ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə,dəfn mərasimində şəhidlərin yaxınları, o cümlədən müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və başqa rəsmi şəxslər də iştirak ediblər.
Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.