
İranın quru qoşunları komandanı Əmir Əhməd Reza Purdastan İŞİD terror təşkilatı üzvlərinin ölkə ərazisinə daxil olmağa cəhd göstərdiklərini bəyan edib: “Fevral-mart aylarında İŞİD terrorçuları İran ərazisinə daxil olublar. Üzərlərində kamikadze kəməri olan iki terrorçu quru qüvvələri tərəfindən dərhal məhv edilib.”
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamews RİA "Novosti”yə istinadla məlumat yayıb.
İran hərbçisi terrorçuların ölkənin hansı hissəsinə hücum etməyi planlaşdırdıqlarına aydınlıq gətirməsə də, hazırda sərhədlər üçün heç bir təhlükə olmadığını söyləyib.