
Lüksemburq Hersoqluğunun Təhsil nazirliyi məktəbli müsəlman qızların dərslərdə hicabla iştirakını, idman fənnində oğlanlardan ayrı bir otaqda idman etməklərinı və həmçinin onların ibadət etmələri üçün xüsusi otağın ayrılmasını təmin edəcək qanun layihəsi hazırlayıb. Hal-hazırda həmin qanun layihəsinin məktəblər idarəsində müzakirəsi aparılır.
Əgər qanun qəbul edilərsə, qızlar üzgüçülük dərslərindən də azad olunacaqlar. Lakin qəbul olunacaq qanun layihəsinə müəllimələrin hicabdan istifadəsi müddəası salınmayıb.
islamnews.ru