
Allahdan bütün şəhidlərə rəhmət və yaxınlarına səbr diləyirik
Bu günlər Azərbaycanın müxtəlif bölgələrində döğma torpaqlarımızın işğalçı düşmənlərindən azad olunması yolunda döyüşlərdə şəhid olan həmvətənlərimiz dəfn mərasimləri keçirilir.
Ahlibeyt.az-ın məlumatına görə,Tərtər istiqamətdə gedən düyüşlərdə şəhid olan Mahir Mirzəyev də dəfn edilib.
Şəhid Mahir Mirzəyev sağlığında Bakının "Məşədi Dadaş"məscidində cümə xütbələrində Hacı Şahin Həsənlinin moizələrini izləyər,həmçinin mütəmadi olaraq dini mərasim və tədbirlərdə iştirak edərmiş.
Bu gün isə gənci son mənzilə də elə Hacı Şahin Həsnli özü yola salaraq dəfn edib.
Verilən məlumatlara görə, Mahir Mirzəyev - ADİU-nun tələbəsi olub,daha sonra Qafqaz universitetində magistraturaya qəbul olunub.
Allah şəhadətini mübarək qərar versin!