
Tatarıstanda Kazan İslam Universitetinin təşəbbüsü ilə "hər evə Quran" adlı aksiya davam etdirilir.
Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə, bu aksiya martın 18-dən başlayıb May ayının sonunadək davam edəcək.
Fəal gənclər Qurana əlaqəsi olan insanların evlərinə gedir, ev sahiblərinin dinə aid suallarını cavablandırır, onlara Qurandan müəyyən surələr oxuyurlar.
Quran hədiyyələri və bu xidmət tamamilə pulsuzdur.
İlk dəfə bu aksiya 2014-cü ilin dekabr ayında keçirilib. Aksiya təşkilatçıları bildirir ki,insanlar “hər evə Quran” aksiyasını çox maraq və sevinclə qarşılayıblar, ona görə qərara alınıb ki, aksiya müxtəlif vaxtlarda davam etdirilsin.