
Suriyanın paytaxtının şərqində olan Əz-Zəmir bölgəsində yerləşən sement fabrikindən girov tutulan 300 fəhlə və işçidən 140 nəfəri İŞİD terrorçularının əlindən qaçmağa nail olub.
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,oğurlanan işçilərin qalan hissəsi hələ də İŞİD-in girovluğundadır. Ehtimal olunur ki, İŞİD özlərinin qeyri-qanuni fabriklərində işlətmək üçün məhz bu şəxsləri girov tutub.