
əl-Əzhər Universitetinin Şeyxi Əhməd ət-Təyyib Qüds şəhərinin İsrail tərəfindən yəhudiləşdirilməsini və İslam irsinin aradan aparılmasını sərt tənqid edib.
O deyib ki, Qüds müsəlmanların qırmızı xəttidir. Qüds təkcə fələstinlilərə aid torpaq deyil. Qüds bütün müsəlmanların müqəddəs məkanlarından biridir ki, müsəlmanlar onun azad edilməsi üçün daim hazırdırlar. Və Qüdsün yəhudiləşdirilməsi İsrailin sonu deməkdir.