7 Aprel, 2016
Suriyada İŞİD terrorçularının Dumeyr şəhərinə hücumundan sonra 250 nəfər itkin düşüb

İŞİD terror təşkilatı üzvlərinin Suriyanın paytaxtı Dəməşqdən 35 kilometr şimal-şərqdə yerləşən Dumeyr şəhərindəki sement zavoduna hücumundan sonra ən azı 250 nəfər itkin düşüb.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, itkin düşənlərin qohumları onların İŞİD-in əlinə düşə biləcəklərindən ehtiyatlanırlar.

“Biz Badia sement zavodunun 250 işçisi ilə əlaqəni itirmişik. İndiyədək onların harada olduqlarını bilmirik.", - şirkət nümayəndəsi bildirib.

Bundan əvvəl Suriyanın "Al-Vatan” qəzeti İŞİD terrorçularının bazar ertəsi 100 fəhləni oğurlayaraq naməlum istiqamətdə aparmaları barədə məlumat verib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4758.html