
Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
Ahlibeyt.az-ın məlumatına görə, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edir.
Rusiya mətbuatının verdiyi məlumatlara görə, üçtərəfli görüşün və danəşıqların əsas mövzusu Qarabağ probleminin həlli yollarına həsr ediləcək.
Görüşdə regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olacaq.