7 Aprel, 2016
Müqəddəs Rəcəb ayı nə vaxt daxil olur?

Hörmətli oxucular, əziz müsəlmanlar!

Artıq Müqəddəs 3 aylardan (Rəcəb, Şaban, Ramazan) ilki olan Rəcəb ayının astanasındayıq.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə,bu il Rəcəb ayının 1-i aprelin 9-na təsadüf edir. Yəni, aprelin 8-dən 9-na keçən ilk gecə Rəcəb ayının ilk gecəsi olacaq.

Bu ay hər bir müsəlman üçün mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün gözəl şansdır.

Bu ayın özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Bu əməllər və dualar əks olunan məqalələr saytımızda Rəcəb ayı  blokunda təqdim edilib və onlar haqda əlavə məlumat xəbər lentimizdə  veriləcək.

Allah sizə Allahın razılığını qazanaraq digər iki mübarək aya pak qədəm qoymağı nəsib etsin!

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4752.html