7 Aprel, 2016
Rusiyanın baş naziri İrəvana və Bakıya gəlir

Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 7-də İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək,daha sonra Rusiya hökumətinin başçısının Bakıya səfəri planlaşdırılb.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

“Aprelin 8-də isə D.Medvedevin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutacaq. Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya baş nazirinin səfərinin proqramına müəyyən dəyişikliklər edilib ”, məlumatda deyilir.

D.Medvedev həmçinin aprelin 7-də İrəvanda ermənistanlı həmkarı Ovik Abramyanla, bir gün sonra isə Azərbaycan baş naziri Artur Rasizadə ilə görüşəcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4748.html