6 Aprel, 2016
“Vur, qır səngəri, Azərbaycan əsgəri”- Şəhidlər Xiyabanında izdiham (FOTOLAR, VİDEO)

Şəhidlər Xiyabanında düşmənlə döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsini yad etmək üçün anım yürüşü keçirilib.


Ahlibeyt.az-ın Musavat.com -a istinadən xəbər verir ki, anım yürüşündə müxtəlif təşkilatların üzvləri, tələbələr iştirak edib.

Şəhidlər Xiyabanına toplaşan minlərlə insan ilk olaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

"Vur, qır səngəri, Azərbaycan əsgəri" şüarları səsləndirən gənclər şəhidlərin məzarını ziyarət etdikdən sonra Azərbaycan Respublikasının dövlət himnini, daha sonra isə “Əsgər marşı”nı oxuyublar.








Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4744.html