6 Aprel, 2016
Dağlıq Qarabağdakı son vəziyyət İƏT-in İstanbul zirvəsində müzakirə olunacaq

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hücumları, təmas xəttində yaranmış gərginlik İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçiriləcək 13-cü Zirvə toplantısının əsas müzakirə mövzusu olacaq.


Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilata yaxın mənbədən bildirilib. Mənbənin məlumatına görə, Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələ daim gündəlikdədir və İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasının da gündəliyinə salınıb.

Qeyd edək ki, İƏT-in İstanbul sammiti “Ədalət və sülh naminə həmrəylik” başlığı altında aprelin 10-dan 15-dək keçiriləcək. Sammit çərçivəsində aprelin 12-13-də Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4743.html