5 Aprel, 2016
Əhməd Davudoğlu: "Türkiyə Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək"

“Dağlıq Qarabağdakı təmas xəttində Ermənistanın hücumu ilə başlayan qarşıdurmanı yaxından izləyirik”.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik qrup toplantısında çıxışı zamanı deyib. O, partiya adından bu hücumların pislədiyini bildirib: “Həyatını itirən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm. Türkiyə Ermənistan hücumlarına qarşı can Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4731.html