5 Aprel, 2016
Müdafiə Nazirliyinin feysbuk səhifəsi fəaliyyətə başlayıb

Feysbuk sosial şəbəkəsində Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb

Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:

https://www.facebook.com/www.mod.gov.az

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4730.html