5 Aprel, 2016
İraq ordusu Hit şəhərini İŞİD-dən təmizlədi

İraq ordusu Hit şəhərinə girdiyini bildirir. Bu şəhər İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətindədir.

Ahlibeyt.az Azadlıq radiosuna istinadla xəbər verir ki, komandirlərin aprelin 4-də verdiyi məlumata görə, hərbçilər Hitin şimal hissəsini yaraqlılardan təmizləyir, şəhər mərkəzinə doğru irəliləyirlər.

Minlərlə sakin şəhəri tərk edib. Hərbçilər dinc sakinlərin təxliyəsinə başlayıblar. Yüzlərlə sakin şəhərdən piyada çıxmalı olub.

İndilik şəhərdə 20 min dinc sakinin qaldığı bildirilir.

Hit qərbi Ənbər vilayətində yerləşir. İraq və Suriyadakı ekstremist yaraqlıları birləşdirən vacib təchizat xətti üzərindədir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4727.html