4 Aprel, 2016
"Əl Əzhər"in şeyxi: İslamın iki böyük qanadı var; Şiəlik və sünnilik...

Misirin “Əl Əzhər” universitetinin rəhbəri Əhməd Tayyib şiə və sünnü məzhəblərini islamın iki qanadı kimi təqdim edib.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə tasnim agentliyi məlumat yayıb.

Məlumatına görə,Malayziyanın paytaxtı Cakartada çıxış edən “Əl Əzhər” şeyxi Əhməd Tayyib deyib: “Şiəlik və sünnilik İslamın iki qanadıdırlar, yaxınlaşmaları zəruridir. Mən hamımızı islamın bizə irs qoyduğu rəhmətə tərəf dəvət edir və hər növ zorakılığı kənara qoymağımızı istəyirəm."

"Şiələr sünnülərin qardaşlarıdır. Onları təkfir edib islamdan xaric etmək olmaz. Çünki bizim ixtilaflarımız kök məsələlərində deyil və şiələrin əksəriyyəti də lənət və təhqirə qarşıdırlar. Bizim ortaq görüşlərimiz daha çoxdur. Düşmənin bizim aramızda olan kiçiik ixtilaflardan istifadə etməsinə icazə verməməliyik. İraq, Yəmən və Suriya savaşları elə bu ixtilafların nəticəsində baş verib. Bu savaşları düşmən, xüsusən İsrail başlatmışdır.”, - deyə şeyx Tayyib qeyd edib

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4719.html