4 Aprel, 2016
İƏT: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir

Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz azad etməlidirlər.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,“Anadolu” agentliyinin məlumatında bildirilir ki,bu barədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəninin bəyanatında deyilir.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Dağlıq Qarabağda baş verənləri dərin narahatlıqla izlədiyini  bildirib: “BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilmir”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4708.html