3 Aprel, 2016
Kəbənin ətrafına quraşdırılan iki mərtəbəli halqa sökülür
Kəbənin ətrafında iki mərtəbəli poladdan quraşdırılan halqanın  söküntüsünə bu gündən  başlanılıb.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,müvəqqəti təvaf sahəsinin sökülməsi işləri  Məscidül-Haramda  təvaf  eyvanının  genişləndirilməsi layihəsinin başa çatması ilə əlaqələndirilib.

Bildirilib ki, artıq eyni vaxtda 107 min  zəvvar  Kəbə ətrafındakı  eyvanda  təvaf edə bilər.

Müvəqqəti təvaf  sahəsinin  söküntü işləri  Ramazan ayından öncə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, müvəqqəti təvaf  sahəsi  2013-cü ildə Kəbə ətrafına quraşdırılmışdı.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4702.html