3 Aprel, 2016
İraq ordusu İŞİD-in yeraltı həbsxanasından 1500-dək əsiri azad edib

Hökumət qoşunları Hit şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı zamanı gizli yeraltı zindanda saxlanılan 1500 əsir aşakrlayıb.

Ahlibeyt.az-ın Ria-ya istinadən verdiyi xəbərə görə,bu barədə "FransPress"agentliyi məlumat yayıb.

İraq hərbçilərinin Əl-Ənbar vilayətinin Hit şəhəri uğrunda irəliləməsi və İŞİD-in şəhərdən təmizlənməsi aməliyyatında aşkarlanan böyük yeraltı zindandanda saxlanılan 1500 əsir və girovu azad edib.

Polis polkovniki Fadel ən-Nimravi bildirib ki, gizli “həbsxana” terrorçular tərəfindən yerin altında yaradılıb. Saxlanılan 1500-dək  əsir və girovlarların əksəriyyətinin dinc sakinlər olduğu bulidirilir.Onların İŞİD-in müəyyən etdiyi  "xilafət" qanunlarına tabe olmamasına görə saxlanıldığı bildirilir.

Azad olunanların hazırda tam təhlükəsizliyi təmin edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4698.html