
Iranın Mehr informasiya agentliyinin xəbərinə görə, mərcei-təqlid Ayətullah Şeyx Nuri Həmədani Rusiya din alimlərinin dəvətilə rəhbərlik etdiyi heyətlə sabah Moskvaya səfər edəcək.
5 gün çəkən səfər çərçivəsində Ayətullah Nuri Həmədani rusiyalı İslam mütəfəkkirləri və rəhbərləri ilə görüşlər təşkil edəcək. Həmçinin Ayətullah Nuri Həmədaninin Rusiyada yaşayan Əhli-Beyt(ə) aşiqləri ilə də görüş keçiriləcəyi bildirilir.