30 Mart, 2016
"Müharibənin Suriyaya vurduğu ziyan 200 milyard dollardan artıqdır"
"Suriyadakı müharibə dövlətə 200 milyard dollar məbləğində ziyan vurub."
Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, bu sözəri RİA Nosvosti-yə Suriyanın prezidenti Bəşşar Əsəd bildirib.

Onun sözlərinə görə, 2011-ci ildən müxalifət qrupları və terrorçularla hökumət qoşunları arasında davam edən silahlı qarşıdurma ümumilikdə ölkə iqtisadiyyatına, infrastruktura və yaşayış məntəqələrinə xeyli ziyan vurub.

Əsəd, Suriyadakı vəziyyət sabitləşdikdən sonra iqtisadi məsələlərini yola qoymaq mümkün olduğunu desə də, ölkə infrastrukturun bərpası üçün uzun bir vaxt tələb olunacağını vurğulayıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4678.html