_thumb.jpg)
İmam Hüseyn (ə) hərəminin yeni günbəzinin hündürlüyü hazırkı günbəzdən 7,5 metr hündür olacaq. Bunu Kərbəlada Müqəddəs Ziyarətgahların Yenidənqurma Qərargahının məsul şəxslərindən olan Höccətül-İslam Müncezi deyib.
Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə, Höccətül-İslam Müncezi deyib ki, yeni günbəzin hündürlüyü minarələrin hündürlüyü ilə bərabər olacaq. Hazırda Seyyidüş-Şühadanın (ə) hərəminin günbəzi hazırdır və üzəri qızıl suyu ilə işlənir.
Onun sözlərinə görə, günbəzin hazırlanması İranın Kirman əyalətində həyata keçirilir. Yeni günbəzi quraşdıranda İmam Hüseyn (ə) qəbrinin ətrafındakı sütünlarda da bərkitmə işləri aparılacaq.
Höccətül-İslam Müncezi deyib ki, yeni günbəzin dəyişdirilməsi hərəmin daxilindəki bərkitmə işləri ilə birlikdə 2 il vaxt aparacaq.